Yəmən ordusunun sözçüsü: Bizim reaksiyamız daha qətiyyətli olacaq
-
Yəmən ordusunun sözçüsü: Bizim reaksiyamız daha qətiyyətli olacaq
Yəmən ordusunun rəsmi nümayəndəsi təhdidlə birldirib ki, Yəmənin ordusu və xalq komitələri qarşıdakı günlərdə təcavüzkarlarla mübarizədə yeni silah və imkanları üzə çıxaracaq.
Əlməsirə telekanalının məlumatına görə, bu kanal ilə Yəmən sahilində Ərəbistanın hərbi gəmisinin hədəfə alınması barədə danışan polkovnik Şərəf Qalib Loğman əlavə edib: Ərəbistanın hərbi gəmisinin hədəfə alınması təcavüzlərə təbii bir reaksiya idi, zira biz iki il müddətinə planlaşdırılmış təxribat, qırğın və təcavüzə məruzuq. O, əlavə edib: Biz daim vurğulamışıq ki, təcavüzkarlara baş əyməyəcəyik. On gün bundan öncədən də təcavüzkarların dəniz qüvvələrinə xəbərdarlıq etmişdik ki, əgər onların hərbi gəmiləri Yəmənin kənd, şəhər və sahillərini gülləbaran etmək istəyərlərsə, bizim dəniz qüvvələrimiz də öz vəzifələrinə əməl edəcəklər. Burada qeyd edirəm ki, hələ istifadə etmədiyimiz silahlarımız var və qarşıdakı günlərdə bu silahları üzə çıxaracağıq. Onlar hər gün onlar və hətta yüzlərlə dəfə Yəməni atəşə tutur və bombalayırlar. Amma bir hesablanmış bir hücum həyata keçiririk ki, onlar üçün çox ağır olacaq. Allah qoysa, bu yolda qarşıdakı günlərdə daha böyük nailiyyətlər əldə edəcəyik.