Təiz vilayətində səudiyyəli muzdluların irəliləməsinin qarşısı alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i258559-təiz_vilayətində_səudiyyəli_muzdluların_irəliləməsinin_qarşısı_alınıb
Yəmən ordusu və xalq qüvvələri bu gün Təiz vilayətində səudiyyəli muzdluların irəliləməsinin qarşısını alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2017 11:39 Asia/Baku
  • Təiz vilayətində səudiyyəli muzdluların irəliləməsinin qarşısı alınıb

Yəmən ordusu və xalq qüvvələri bu gün Təiz vilayətində səudiyyəli muzdluların irəliləməsinin qarşısını alıblar.

Yəmənin əl-Məsirə xəbər televiziyasının məlumatına görə, Təiz vilayətində Cəbəl Həbəşi şəhərində keçirilən bu əməliyyatda çoxlu sayda səudiyyəli muzdlu öldürülüb.

Bu arada, Yəmən ordusu və xalq qüvvələri Təiz vilayətinin əl-Vaziiyyə şəhərinin bəzi bölgələrində gedən döyüşlərdə bir qrup muzdlunu öldürüb və bir neçə nəfəri də yaralayıblar.

Yəmənlilərin hücumları təcavüzkar qırıcı təyyarələrin Yəmən vətəndaşlarının mənzillərinə hücumuna reaksiya üzrə həyata keçirilib. 

Səudiyyəli muzdluların paytaxt Sənanın cənubunda Səna kəndinə hücumunda bir qrup yəmənli, o cümlədən uşaq və qadın həlak olub və yaralanıb.

Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq məqsədilə Yəmənə hücumlara başlayıb. Bu hücumlarda minlərlə nəfər həlak olub və milyonlarla yəmənli didərgin düşüb.