Fev 02, 2017 15:13 Asia/Baku
  • Hələb-Əlbab magistral yolunun 16 km-i azad edildi

Suriya ordusu İŞİD terror qruplaşması ilə savaşda Hələb-Əlbab magistral yolunun on altı kilometrini azad edib.

İRNA-nın məlumatına görə, Suriya ordusu Hələbin şərq ətrafında keçirdiyi yeni əməliyyatda Təyyarə kəndindən Mədyunə əkin sahəsinə qədər Hələb-Əlbab magistral yolunun on altı kilometrini azad edib.

Suriya ordusu İŞİD terror qruplaşmasının Hələbin 50 km şərqində yerləşən Hərbi Hava Qüvvələri İnstitutuna hücumunu zərərsizləşdirib və terrorçulara ağır zərbələr endirib.

Deyruz-Zur vilayətində də Suriya ordusu qüvvələri eyniadlı şəhərin şərqində əl-Məamil və Tip Təmin bölgəsində irəliləyib və bir sıra məhəllələri azad edib. 

Suriya ordusu Deyruz-Zur şəhəri ilə bu şəhər aeroportu arasında Məqabir bölgəsinin bir sıra ərazilərini İŞİD terrorçularından azad eib.

Suriya böhranı 2011-ci ildə Suriya prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplarının genişmiqyaslı hücumları ilə başlanıb.

Teqlər