İraq ordusu Mosulun qərb hissəsində əməliyyata başladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i258563-İraq_ordusu_mosulun_qərb_hissəsində_əməliyyata_başladı
Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının davamında, İraqın Hərbi Hava Qüvvələri Mosulun qərbində müəyyən əraziləri bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2017 11:43 Asia/Baku
  • İraq ordusu Mosulun qərb hissəsində əməliyyata başladı

Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının davamında, İraqın Hərbi Hava Qüvvələri Mosulun qərbində müəyyən əraziləri bombalayıblar.

Sky Newsun məlumatına görə, Neynəva vilayətinin mərkəzi olan Mosulun qərbində İŞİD terror qruplaşmasının bir çox sığınacağı və mövqeyi məhv edilib.

İraq qüvvələri ötən iki gündə Mosulun qərbinə hücumla əlaqədar elanlar ataraq İraq vətəndaşlarını məlumatlandırıblar.

İraqın Kütləvi İnformasiya Vasitələri də Mosulun qərb hissəsinə quru hücum üçün silahlı qüvvələrin hazırlaşdığını bildiriblər.

İraqdan əldə olunan başqa bir məlumata görə, İŞİD terror qruplaşması Mosulda döyüşdən qaçdığına görə, üç sərkərdəsini edam edib.

Mosul şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı 2016-cı il oktyabr ayında baş nazir Heydər əl-İbadinin fərmanı ilə başlanıb.