İşğal olunmuş Fələstində məskunlaşdırılmış yəhudilər Netanyahuya etiraz ediblər
-
İşğal olunmuş Fələstində etiraz
İşğal olunmuş Fələstində yüzlərlə yəhudi sakin etiraz aksiyası keçirərək sionist rejimin baş naziri Benyamin Netanyahunun vəzifədən kənarlaşdırılmasını istəyiblər.
Qüds xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejimin baş naziri Benyamin Netanyahu karrupsiya ittihamı ilə son günlər ərzində üçüncü dəfə olaraq istintaqa cəlb olunarkən yüzlərlə sionist dünən gecə bu cinayət işinin təfərrüatının açıqlanmasından sonra Təl-Əvivdə etiraz aksiyası keçiriblər.
Aksiyaçılar səsləndirdikləri şuarlarda Netanyahu və onun məhkəməsinin toxunulmazlığının ləğv edilməsini istəyiblər.
Sionist rejimin baş naziri İsrail ilə bir alman şirkəti arasında sualtı qayığın satın alınması barədə imzalanmış müqavilədə milyonlarla dollar rüşvət almaqda ittiham edilir.
Netanyahu həmçinin müştərək mənafeyə nail olmaq üçün Yədiut Aharonet qəzetinin baş redaktoru ilə təmaslarda ittihamlandırılır. O bu təmaslarda Arnon Muzesə rüşvət təklif edib və bunun qarşılığında Muzesin qəzetinin Netanyahunu hakimiyyətdə qalması üçün himayə etməsini istəyib.
Sionist rejimin baş prokurorluğunun son sərəncamına əsasən fransalı Mimeran Araudun 2009-cu il seçkilər zamanı Netanyahuya bir milyon avroluq maliyyə yardımı ittihamı da araşdırılacaq.
Sionist medialar və daxili müxalifət son vaxtlar Netanyahunun Almaniyadan sualtı qayıqların alınmasındakı vasitəçi rolunu gündəmə gətiriblər.