Fev 04, 2017 12:23 Asia/Baku
  • İordaniya sərhədində suriyalı didərginlərin çətin durumu

Suriyada İŞİD-in işğalı altında olan məntəqələrdən qaçmış təqribən səksən min suriyalı didərgin bu ölkənin İordaniya ilə sərhədində yerləşən bir məntəqədə naməlum vəziyyətdə qalıbdır.

IRIB-nin məlumatına görə, yardımçı təşkilatlar bildiriblər ki, Suriya sərhədindəki bitərəf bir məntəqədə İŞİD-in əlindən qaçmış suriyalılar məskunlaşıblar, amma İordaniya onlara daxil olmaq icazəsi vermir.

Yardımçı təşkilatlar sonra bildiriblər ki, suriyalı didərginlər hazırda çətin şəraitdə olaraq, ardıcıl hücumlara məruz qalırlar və bütün problemlərə rəğmən, onların sayı günbəgün artır.

Bu təşkilatlar qeyd ediblər ki, "Rikban" məntəqəsindəki suriyalı didərginlərə yardım çatdırmaq istiqamətində bir çox problem mövcuddur və tezliklə Suriyada savaşdan qaçmış əhalinin böyük bir hissəsi bu məntəqədə yerləşəcək.

İordaniyanın hərbi qüvvələri "Rikban" məntəqəsinə nəzarət edirlər və ilk dəfədir ki, onlar jurnalistlərə suriyalı didərginlərin böhranını xəbər formasında işıqlandırmaq icazəsi veriblər.

Teqlər