Ərəbistan yardımçı gəmilərin Yəmən limanlarına çatmalarını əngəlləyir
Ərəbistan Yəmən xalqı üçün humanitar yardımlar daşıyan gəmilərin və ya ticarət gəmilərinin bu ölkənin limanlarına yan almalarının qarşısını alır.
Livanın Əlməyadin telekanalının məlumatına görə, BMT rəsmi surətdə Yəmənin qərbindəki Əlhədidə limanının məsul şəxslərinə bildiribdir ki, Ərəbistan və onun müttəfiqləri hər cür ticarət gəmisi və ya humanitar yardımlar daşıyan gəmilərin bu limana daxil olmalarına mane olur.
Bu məlumata görə, Ərəbistan ordusunun freqatları Yəmənin qərb sahillərini bombalayıblar ki, humanitar yardımlar daşıyan gəmilər Yəmənə gəlib çatmasınlar.
Ərəbistan ordusu bir buğda daşıyan gəmi daxil olmaqla bir neçə gəminin Əlhədidə limanına yan almasına mane olaraq, onları Ərəbistanın Ciddə limanında lövbər atmağa məcbur edibdir.
Ərəbistanın bu hərəkəti Yəmən xalqının kollektiv şəkildə cəzalandırılması deməkdir.
Yəmən Limanlar Təşkilatının Qırmızı dəniz üzrə icra müdiri Muhəmməd İshaq heç bir gəminin Yəmənin Əlhədidə limanına girmək icazəsinə malik olmadığını bildirərək, deyib: Əlhədidə limanı milyonlarla yəmənlinin ərzaq və dərman yardımlarını əldə etmək üzrə yeganə keçididir.
Ali-Səud rejimi 2015-ci ilin martında Amerikanın və bəzi ərəb ölkələrinin himayələrilə Yəmənə hücum etdi ki, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmış olsun. Bu hücumlarda təqribən on bir min yəmənli həlak oldu, minlərlə nəfər də yaralandı.