Yəmənin cənubu Ərəbistan qırıcılarının hava hücumları altında
https://azeri.sahartv.ir/news/qərbi_asia-i258895-yəmənin_cənubu_Ərəbistan_qırıcılarının_hava_hücumları_altında
Yəmənin cənubunun müxtəlif bölgələri hələ də Səudiyyə Ərəbistanının qırıcı-bombardmançı təyyarələrinin hücumları altındadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2017 06:54 Asia/Baku
  • Yəmənin cənubu Ərəbistan qırıcılarının hava hücumları altında
    Yəmənin cənubu Ərəbistan qırıcılarının hava hücumları altında

Yəmənin cənubunun müxtəlif bölgələri hələ də Səudiyyə Ərəbistanının qırıcı-bombardmançı təyyarələrinin hücumları altındadır.

Yəmənin əl-Məsirə televiziyası bildirib: Şənbə günü günortadan sorna Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Təiz vilayətinin cənubu, xüsusilə də əl-Məxa şəhəri, əl-Əruk və Coulə Zibab kəndlərinə hücumunda çoxlu sayda sakin həlak olub və yaralanıb. 

Bu arada əl-Aləm televiziyası da bildirib: Səudiyyə Ərəbistanı hərbçilrəinin təcavüzlərinə cavab olaraq, Yəmən ordusu və xalq qüvvələri şənbə günü Marib vilayətində Ərəbistan muzdlularının toplaşdığı mərkəzi bir neçə ədəd raketlə atəşə tutublar. İşğalçı qüvvələrin tələfatı haqda məlumat verilməyib. 

Belə bir şəraitdə Birləşmiş Ərəb Əmirlikləri kütləvi informasiya vasitələri Yəməndə hərbçilərindən birinin öldürüldüyünü və bu hərbçinin Raşid Məhəmməd əl-Zəhuri olduğunu bildiriblər. 

Ötən il Birləşmiş Ərəb Əmirliklərinin onlarla hərbçisinin həlak olması ilə nəticələnən bu ölkənin Yəməndəki qüvvələrinin bazasına raket hücumundan sonra, Birləşmiş Ərəb Əmirlikləri qüvvələrinin əsas hissəsi Yəməndəki mövqelərdən geri çəkiliblər. Birləşmiş Ərəb Əmirlikləri Yəmənin istefa vermiş fərari prezidenti Əbdrəbbə Mənsur Hadinin iqtidara qaytarılması bəhanəsi ilə bu ölkəyə hücumda Ərəbistanın əsas hamisidir.