İraqda İŞİD terror qruplaşmasında daxili ixtilaflar güclənib
-
İraqda İŞİD terror qruplaşmasında daxili ixtilaflar güclənib
İraqın təhlükəsizlik dairələri bazar günü ifşa ediblər ki, İŞİD terror qruplaşması daxili boşluqla üzləşib və bu terror qruplaşmasının bir qrup ünsürü öz başçılarının göstərişlərindən boyun qaçırır.
İraqın əl-Fərat Nyuz xəbər agentliyinin məlumatına görə, Mosulda İŞİD terror qruplaşmasının başçılarından biri Əbu Abdulla Əş-Şami İŞİD başçısı Əbubək əl-Bağdadiyə biətini ləğv və elan edib: Qüdrəti və hakimiyyətini itirən şəxsə biət batildir.
Bu arada əl-Həşdüş-Şəəbi qüvvələrinin komandanlarından Əbu Zeynəb əl-Xəzəli bildirib: Bu qüvvələr İŞİD ünsürlərinin Mosulun bəzi bölgələrində quraşdırdıqları lazer bombaları zərərsizləşdiriblər.
İraqın şimalında Neynəva vilayətinin mərkəzi olan Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatı 2016-cı il 17 oktyabrda İraq baş naziri Heydər əl-İbadinin göstərişi ilə başlanıb. İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror qruplaşmasının sonuncu gizləndiyi məkandır. Bu terror qruplaşması 2014-cü ildən Mosula nəzarəti ələ keçirib.