İŞİD-çilər Diyalədən Səlahəddinə qaçırlar
-
İŞİD-çilər Diyalədən Səlahəddinə qaçırlar
İŞİD qüvvələri İraqın Diyalə vilayətindən Səlahəddin vilayətinə qaçırlar.
Bərasa xəbər agentliyi bu gün İraqın xalq səfərbər qüvvələrinin komandanlarından olan Udəy Əlxədrana istinadla bildirib: İŞİD qüvvələri xalq səfərbər qüvvələrinin uğurlu və önləyici əməliyyatları səbəbindəni İraqın Diyalə vilayətinin mərkəzi olan Bəqubə şəhərinin şimal-şərqindəki Həmrin məntəqəsindən qonşuluqdakı Səlahəddin vilayətinə qaçmaqdadırlar.
Udəy Əlxədran deyib: Xalq səfərbər qüvvələri ötən iki həftə ərzində Həmrin məntəqəsində İŞİD-in yeddi mövqeyi və gizli məkanını aşkarlayaraq, məhv ediblər.
Əlxədran bir mətbuat konfransında deyib: Bizim malik olduğumuz mötəbər məlumatlara görə, İŞİD terrorçuları Diyalə vilayətinin Həmrin məntəqəsindəki mövqeləri və gizli məkanlarını tərk edir və Səlahəddin vilayətinə tərəf gedirlər, halbuki son zamanlar Səlahəddin vilayətindən Diyalə vilayətinə nüfuz edirdilər.
Əlxədran bildirib: Xalq səfərbər qüvvələri ötən bir neçə ay ərzində İraq ölkəsi və xalqına onlarla şəhid və yaralı təqdim ediblər və keçən iki həftə ərzində Həmrin məntəqəsində İŞİD-ə dağıdıcı zərbələr endirib və bu terror qrupunun bəzi mövqelərini məhv ediblər.
Bəqubənin şimal-şərqindən 55 kilometr aralıda yerləşən Həmrin məntəqəsi Diyalə vilayətinin gərgin məntəqələrindən biridir və İŞİD-in tabeliyində olan qruplaşmalar bu məntəqədə son dərəcə fəaldırlar.