Suriya ordusu Deyrəzzurda 45 İŞİD terrorçusunu öldürdü
-
Suriya ordusu Deyrəzzurda 45 İŞİD terrorçusunu öldürdü
Suriya ordusu Deyrəzzur əyalətində, Əs-Sərdə dağının yaxınlığında həyata keçirdiyi əməliyatda 45 İŞİD terrorçusunu öldürüb. Bu əməliyyatda onlarla terrorçu əsir alınıb.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Suriya ordusunun ölkənin şərqində, Deyrəzzurda həyata keçirdiyi əməliyyatda 45 silahlı terrorçu öldürülüb, onlarla terrorçu isə canlı olaraq ələ keçirilib. Bu əməliyyatda İŞİD-in böyük bir silah anbarı da məhv edilib. Əl-Müamil məntəqəsində yerləşən bu silah anbarı içəridə olan terrorçular ilə birlikdə havaya uçurulub.
Deyrəzzurda həyata keçirilən başqa bir anti-terror əməliyyatı zamanı da 3 terrorçu öldürülüb.
Suriya ordusu həmçinin, İŞİD terrorçularının Deyrəzzurun mərkəzi hissəsində yaşayış məntəqəsinə olan hücumunu da önləyib.
Suriya ordusu quru qüvvələri Deyrəzzur hava limanının mühasirəsinin yarılması əməliyyatında da böyük uğurlar əldə edib.