Fev 11, 2017 18:57 Asia/Baku
  • Deyruz-Zurda 75 İŞİD terrorçusu məhv edilib
    Deyruz-Zurda 75 İŞİD terrorçusu məhv edilib

Hərbi dairələr Suriyanın şərqində Deyruz-Zurda İŞİD terror qruplaşmasının 75 üzvünün öldürüldüyünü təsdiqləyiblər.

Əl-Aləm televiziyasının məlumatına görə, Suriya ordusu və müttəfiq qüvvələr Əlbab şəhərinin cənubunda Əbu Təltəl kəndinə nəzarəti ələ keçiriblər.

Londonda yerləşən Suriya müxalifəti Gözətçisi bildirib: Suriya ordusu Hələbin şərqində İŞİD terrorçularının əsas bazası hesab olunan Əlbab şəhərində önəmli irəliləyişlər edib.

Suriyanın Laziqiyyə şəhərində yerləşən Rusiya Barışıq Mərkəzi də bildirib ki, Suriya ordusu ötən saatlar ərzində Əlbab şəhərinin ətrafında 41 kəndi İŞİD terror qruplaşmasından azad edib.

Teqlər