Fev 11, 2017 19:09 Asia/Baku
  • Minlərlə iraqlı İraq Ali Seçki Komissiyasının ləğv edilməsini tələb etdi
    Minlərlə iraqlı İraq Ali Seçki Komissiyasının ləğv edilməsini tələb etdi

Minlərlə iraqlı paytaxt Bağdadın mərkəzində Ət-Təhrir meydanında yürüş keçirərək İraq Ali Seçki Komissiyasının ləğv edilməsini istəyib.

Əl-Aləm televiziyasının məlumatına görə, etirazçılar Bağdadda əl-Xəzra bölgəsi giriş darvazalarına çatıb və Ali Seçki Komissiyası üçün müstəqil üzvlərin seçilməsi və seçki qanunun islah edilməsini tələb ediblər. Yürüşün keçirildiyi bölgədə təhlükəsizlik qüvvələri yürüşü dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə ediblər. Sədr Cərəyanının rəhbəri Müqtəda Sədr etirazçılardan bu gün günortaya qədər əl-Xəzra bölgəsi girişləri qarşısında yürüş keçirməsini istəmişdi.

Teqlər