Ali-Xəlifə 3 bəhreynlinin cənazəsini təhvil verməkdən çəkinir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259579-ali_xəlifə_3_bəhreynlinin_cənazəsini_təhvil_verməkdən_çəkinir
Bəhreyndə 14 fevral inqilabçı gənclər koalisiyası bildirib ki, Ali-Xəlifə 3 bəhreynlinin cənazəsini ailələrinə təhvil vermək istəmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2017 14:33 Asia/Baku
  • Ali-Xəlifə 3 bəhreynlinin cənazəsini təhvil verməkdən çəkinir
    Ali-Xəlifə 3 bəhreynlinin cənazəsini təhvil verməkdən çəkinir

Bəhreyndə 14 fevral inqilabçı gənclər koalisiyası bildirib ki, Ali-Xəlifə 3 bəhreynlinin cənazəsini ailələrinə təhvil vermək istəmir.

Əl-Aləmin verdiyi məlumata görə, Bəhreyndə 14 fevral inqilabçı gənclər koalisiyası bir bəyanat yayaraq, bildirib: Ali-Xəlifə rejimi 3 bəhreynliyə qarşı cinayət törətməsi və beynəlxalq qanunlara zidd olaraq onları ictimaiyyət qarşısında edam etməsinin ardınca, öz cinayətlərini ört-basdır etmək , habelə, ictimai qəzəbdən qorxduğu üçün, onların cənazəsini ailələrinə təhvil verməkdən çəkinir. 

Bəyanatda həmçinin deyilir: Ali-Xəlifə rejimi bu kimi rəftarlardan əl çəkməyəcəyi təqdirdə, buna görə cavab verməli olacaq. 

Bundan öncə BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Bin Rəəd də İnsan Haqları Şurasının 33-cü iclasının açılış mərasimində Ali-Xəlifə rejimindən insan haqlarına riayətin edilməsi ilə bağlı tövsiyələrə əməl etməsini istəmişdi.