Fev 12, 2017 20:24 Asia/Baku
  • İraq baş naziri Bağdad olaylarının araşdırılmasını istədi
    İraq baş naziri Bağdad olaylarının araşdırılmasını istədi

Heydər əl-İbadi dünən Bağdadda baş verən toqquşmalar barədə araşdırmaların aparılması haqda göstəriş verdi.

İraqın baş naziri və silahlı qüvvələrin ali baş komandanı dünən Bağdadın Ət-Təhrir meydanında təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında çıxan qarşıdurma zamanı hər iki tərəfdən insanların yaralanması barədə araşdırmaların aparılması haqda göstəriş verib. Heydər Əl-İbadi həmçinin, yaşananlara görə məsuliyyət daşıyan tərəflər haqda araşdırmaların aparılmasını istəyib.

 

İRİB-nin müxbiri:

Gərgin bir günün ardınca paytaxt Bağdadda həyat yenidən öz axarına qayıdıb. Dünən bir təhlükəsizlik qüvvəsinin ölməsi və Sədr cərəyanına bağlı aksiya iştirakçılarından onlarla nəfərin yaralanmasının ardınca, Bağdadın mərkəzi küçələri gediş-gəlişə bağlı elan edilmşdi. Yerli sakinlər baş verənlərə görə, ölkədə gərginlik yaratmaq istəyən əcnəbi qüvvələrin amillərini müqəssir hesab edirlər.

 

Bağdad sakini:

Bəzi qüvvələr ölkənin siyasi durumundan sui-istifadə edərək xalq və hökumət arasında ixtilaf törətməyə çalışırlar. Amma, onlar bilməlidirlər ki, iraqlılar bu fitnələri zərərsizləşdirəcəklər.

 

Bağdad sakini:

Bəzi qüvvələr aksiya iştirakçıları arasında nüfuz edərək, yeni bir fitnə odunu alovlandırmaq istəyirdilər. Amma, xalq buna icazə verməyəcək.

 

İRİB-nin müxbiri:

Etiraz aksiyasında insanlara tərəf atəş açanların hələ həbs edilməməsinə rəğmən, belə nəzərə gəlir ki, terrorçular Seçki Komissiyasının rəftarına etiraz edən aksiya iştirakçılarının arasına nüfuz etməklə xalq və təhlükəsizlik qüvvələri arasında ixtilaf törətməyə cəhd ediblər. Xüsusilə Mosulda İŞİD-in tamamilə məhv olması ərəfəsində.

 

Bağdad sakini:

Onlar Mosuldakı hərbi əməliyyatların gedişinə təsir göstərmək və İŞİD-in məğlubiyyətini önləmək istəyirlər.

 

İRİB-nin müxbiri:

Elə bu məqsədlə terrorçular ötən gecə Bağdadın mərkəzi meydanı olan Yaşıl meydanıa 6 ədəd raket mərmisi atıblar. Amma, meydanda heç kəsin olmamasına görə bu hücumda xəsarət alan omayıb.

 

Teqlər