Suriya ordusu Homs şəhərinin ətrafında irəliləyir
-
Suriya ordusu Homs şəhərinin ətrafında irəliləyir
Suriya ordusu Homs şəhərinin şərq hissəsindəki hərbi əməliyyatlarının davamında Cəhhar qaz stansiyasının ətrafındakı bir neçə strateji əhəmiyyətli təpəyə nəzarəti ələ keçirməyi bacarıb.
Əl-Əxbariyə telekanalının verdiyi məlumata görə, Suriya ordusunun gözlənilməz və sürətli hərbi əməliyyatı zamanı İŞİD terrorçularının bir neçə hərbi maşını, tankı və zirehli piyada maşını məhv edilib. Bu əməliyyatda çoxlu sayda terrorçu da öldürülüb.
Palmira şəhərinin qərbində yerləşən Bəyyarat məntəqəsi də Suriya ordusu tərəfindən azad edilib.
Deyrəzzurdan daxil olan məlumatlara görə, bir qrup terrorçu Deyrəzzur hərbi hava limanının ətrafında ordu qüvvələrinin hücumu zamanı məhv edilib. Bu qruplaşmanın bir çox üzvü ölüb.
Əl-Səvda şəhərinin şimal-şərq hissəsində də xalq müdafiə qüvvələri İŞİD terrorçularının hücumunu zərərsizləşdirməyi bacarıblar. Məlumatlı mənbənin verdiyi məlumata görə, xalq müdafiə qüvvələri terrorçulara ağır zərbələr endiriblər.