Fev 14, 2017 20:25 Asia/Baku
  • Əl-Vifaqdan Ali-Xəlifəyə xəbərdarlıq
    Əl-Vifaqdan Ali-Xəlifəyə xəbərdarlıq

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Bəhreynin Əl-Vifaq hərəkatının baş katib müavini Şeyx Hüseyn Əd-Diha Bəhreyn inqilabının 6-cı ildönümü münasibəti ilə etdiyi çıxışında Ali-Xəlifə rejiminə xəbərdarlıq edib və deyib: Şeyx İsa Qasıma qarşı istənilən zorakılıq bütün şiələrə edilmiş zorakılıq olaraq, qırmızı xətlərin aşılması sayılacaq.

Şeyx İsa Əd-Diha əlavə edib: Şeyx İsa Əhməd Qasıma qarşı istənilən zorakılıq bütün şiələrə edilmiş zorakılıq və qırmızı xətlərin tapdalanması hesab olunur. Bu da hakim rejimə qarşı böyük bir tufana yol açacaq. Şeyx İsa Qasımın siyasi mühakiməsi bütün şiələrə vacib olan Xüms fərizəsinin mühakimə edilməsidir.

Əd-Diha həmçinin deyib: Bütün Bəhreyn xalqı "Nə şiə, nə sünni" şüarını fəryad etdi. Və Şeyx İsa Qasım böhranın milli prinsiplər çərçivəsində həllinə təkid edir. Şeyx İsa Qasım mübarizənin sivil yol ilə davam etdirilməsinə zəmanət verən şəxsdir. Bəhreyn rejimi böhranın dinc  yolla həllinə aparan bütün yolları bağlayıb. Hakim rejimin siyasi həll yolları ilə müxalifət etməsi bir daha sübut edir ki, Ali-Xəlifə böhranın zorakılıq yolu ilə həllinə inanır. Bəhreyndə BMT-nin nəzarəti altında ciddi müzakirələrin başlanması zəruridir. Və bu barədə ümumxalq referendumu keçirilməlidir. Dünya ictimaiyyəti isə Bəhreyn xalqının qanuni və təbii haqlarını müdafiə etməlidir.

Teqlər