Yəməndə Ərəbistan qırıcısı vuruldu
-
Yəməndə Ərəbistan qırıcısı vuruldu
Yəmənin Hərbi Hava Qüvvələri çərşənbə axşamı günü səudiyyəli təcavüzkarların bir qırıcı təyyarəsini Marib vilayətində vurublar.
Əl-Aləm televiziyasının məlumatına görə, hələlik vurulan qırıcı təyyarənin modeli və vurulması haqda əlavə məlumat verilməyib.
Yəmən dairələri də səudiyyəli qırıcıların Marib şəhərində aşağı yüksəklikdə uçduğunu bəyan edərək xatırladıblar: Səudiyyəli muzdlular bu qırıcı təyyarənin qəzaya uğradığı məkanın ətrafında təhlükəsizlik zolağı yaradıblar.
Səudiyyə Ərəbistanı ABŞ və qərb və ərəb ölkələrinin dəstəyi ilə və BMT-nin sükutu sayəsində 2015-ci il mart ayından Yəmənə hərbi təcavüzə başlayıb, bu ölkənin quru, dəniz və havadan mühasirəyə alaraq istefaya getmiş Əbdrəbbə Mənsur hadini iqtidara qaytarmaq niyyətindədir.
Bu hərbi təcavüzün indiyə qədər 11 min yəmənlinin həlak olması və on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkənin infrastrukturlarının məhv olmasından başqa bir nəticəsi olmayıb.
Səudiyyə Ərəbistanının hərbi təcavüzü həmçinin yoxsul Yəməni ərzaq və tibbi pereparatların çatışmazlığı ilə üzləşdirib və çoxlu xəstəliklərin yayılmasına səbəb olub.