Fev 15, 2017 12:27 Asia/Baku
  • Suriya ordusu Dərada irəliləyib

Suriya ordusu bu ölkənin cənubunda keçirdiyi əməliyyatda yüzlərlə İŞİD terrorçusunu öldürüb və yaralayıb və əl-Mənşənin bir çox ərazisini azad edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Suriyanın cənubunda baş verən olaylarla əlaqədar qeyd edək ki, Suriya ordusu Dəra əl-Bələddə keçirdiyi əməliyyatda 245 terrorçunu öldürüb və yaralayıb, eləcə də əl-Mənşə məhəlləsinin 90% ərazisini azad edib. 

Bir hərbi rəsmi bildirib: Suriya qüvvələri terrorçuların əl-Mənşəyə irəliləməsinin qarşısını alıb və Cənubi əl-Mənşə və Həmidə Ət-Tahirə ətrafında döyüşlər davam edir. 

Hərbi rəsminin sözlərinə görə, əl-Mənşə məhəlləsinin cənubdan mərkəzə doğru təkcə 10% ərazisi terrorçuların nəzarətindədir və onun azad edilməsi üçün səylər davam edir. 

Suriya böhranı 2011-ci ildə bu ölkə prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək üçün Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplarının irimiqyaslı hücumları ilə başlanmışdır. 

Teqlər