Ərəbistan bir daha Yəməndə kasset bombalardan istifadə etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259972-Ərəbistan_bir_daha_yəməndə_kasset_bombalardan_istifadə_etdi
Ərəbistan qırıcıları və bombardmançı təyyarələri cümə axşamı səhər saatlarında Yəmənin Sədə şəhərində yaşayış məntəqələrini 4 dəfə bombardman ediblər. Bu hücumlarda istifadəsi qadağan edilmiş kasset bombalardan istifadə edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2017 08:34 Asia/Baku
  • Ərəbistan bir daha Yəməndə kasset bombalardan istifadə etdi
    Ərəbistan bir daha Yəməndə kasset bombalardan istifadə etdi

Ərəbistan qırıcıları və bombardmançı təyyarələri cümə axşamı səhər saatlarında Yəmənin Sədə şəhərində yaşayış məntəqələrini 4 dəfə bombardman ediblər. Bu hücumlarda istifadəsi qadağan edilmiş kasset bombalardan istifadə edilib.

İRNA-nın məlumatına görə, Ərəbistan daha öncə də Yəmənə qarşı hücumlarda xüsusi ilə yaşayış məntəqələrinin bombardman edilməsində kasset bombalardan istifadə edib.

İngiltərənin Müdafiə Nazirliyi də son zamanlar etiraf edib ki, bu ölkə Ərəbistana 500 ədəd kasset bombası satıb.

Beynəlxalq Amnistiya Təşkilatı ötən aylarda bir bəyanat yayaraq, xəbərdarlıq etmişdi ki, Ərəbistanın Yəmənə atdığı kasset bombalarının qalıqları bu ölkənin bəzi məntəqələrini "minalanmış zona"lara çevirib.

Kasset bombalarından istifadə 2008-ci ildə qəbul edilmiş konvensiya əsasında qadağan edilib və indiyə kimi 108 ölkə onu imzalayıb.

Ərəbistan ABŞ-ın dəstəyi habelə, Qərb və Ərəb dövlətlərinin yardımları ilə 2015-ci ilin martından Yəmənə qarşı geniş hücumlara başlayıb. Bu müddət ərzində Yəmən havadan, sudan və qurudan Ərəbistan və müttəfiqlərinin amansız hücumlarına məruz qalıb. Ərəbistan bu hücumlara bəhanə olaraq Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur hadini yenidən hakimiyyətə qaytarmaq istəyini irəli sürüb.

Ərəbistanın təcavüzləri indiyə kimi 11000 yəmənlinin ölməsinə, on minlərlə insanın yaralanmasına və milyonlarla nəfərin insan faciəsi astanasında olmasına səbəb olub. Ölkə isə tamamilə dağıdılaraq, xarabalığa çevirilib.