Yəmənlilər maaşların ödənilməməsinə görə aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i260022-yəmənlilər_maaşların_ödənilməməsinə_görə_aksiya_keçiriblər
Yəmən xalqı mərkəzi bankın paytaxt Sənadan ölkənin cənubunda yerləşən Ədən vilayətinə köçürülməsi və məişət problemlərinin artmasına etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2017 06:54 Asia/Baku
  • Yəmənlilər maaşların ödənilməməsinə görə aksiya keçiriblər
    Yəmənlilər maaşların ödənilməməsinə görə aksiya keçiriblər

Yəmən xalqı mərkəzi bankın paytaxt Sənadan ölkənin cənubunda yerləşən Ədən vilayətinə köçürülməsi və məişət problemlərinin artmasına etiraz olaraq aksiya keçirib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, yəmənlilər dünən Sənada etiraz aksiyası keçirərək mərkəzi bankın paytaxtdan Ədənə köçürülməsindən narazı qaldıqlarını bildiriblər. Aksiyaçılar bildiriblər ki bu yerdəyişmə məişət problemlərinin artması və maaşların ödənilməməsi ilə nəticələnib. 

Aksiyaçılar Yəmənə qarşı açıq-aşkar mühasirənin zülm olduğunu bildirərək dövlət işçilərinin gecikmiş maaşlarının ödənilməsini, Səudiyyə Ərəbistanının hərbi təcavüzünə son qoyulmasını istəyiblər. 

Yəmənin mərkəzi bankı bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin yayın azırlarında qəbul etdiyi qərara əsasən Yəmənin cənub şəhərinə köçürüldü. 

Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü nəticəsində bu ölkənin infrasturukturu məhv edilib və yəmənlilər acınacaqlı duruma düçar olub.