Ərəbistan ordusunun bazası yəmənli mübarizlərin nəzarəti altında
-
Ərəbistan ordusunun bazası yəmənli mübarizlərin nəzarəti altında
Əl-Aləm telekanalının məlumatına görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin Ərəbistan ordusunun bu ölkənin cənubunda yerləşən Əl-Əşşə hərbi bazasına nəzarəti ələ keçiriblər.
Yəmənli qüvvələrin cümə günü gecə Nəcran əyalətində yerləşən Əl-Əşşə bazasına hücumu zamanı Ərəbistanın ordu qüvvələri silahlarını ataraq, bazadan qaçmağa məcbur olublar.
Bunun ardınca bazanın geri alınması üçün həyata keçirilən əməliyyat zamanı Ərəbistan ordusunun bir ədəd tankı yəmənli qüvvələr tərəfindən məhv edilib.
İnformasiya qaynaqları həmçinin, yəmənli mübarizlərin Ərəbistanın ARAMKO neft şirkətini bir ədəd raket ilə hədəfə alıblar.
Yəmən ordusu və xalq komitələri qüvvələri həmçinin, Yəmənin Həccə vilayətində yerləşən Midi səhrasında Ərəbistana bağlı muzdlu qüvvələrin toplaşdığı məkana raket zərbəsi endiriblər.
Ərəbistan ABŞ və İngiltərənin yaşıl işığı və himayəsi ilə 2015-ci ilin martdından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. İndiyə kimi bu hücumlarda on minlərlə nəfər ölüb və yaralanıb. Milyonlarla insanın fəlakətə sürükləndiyi bu savaşda Yəmənin bütün infrastrukturları məhv edilib.