Suriyada İŞİD-in casusluq uçan aparatı vurulub
Suriya ordusu Deyruz-Zurn ətrafında İŞİD terror qruplaşmasına məxsus pilotsuz uçan aparatı (PUA) vurub.
Əl-Aləm xəbər televiziyasının məlumatına görə, Suriya ordusunun bir bölməsi Deyru-Zur şəhərinin cənub-qərbində Tələ əl-Rəvad bölgəsi səmasında İŞİD-ə məxsus bomba daşıyan bir pilotsuz uçan aparatı izlədikdən sonra vurub.
Suriya ordusu Hərbi Hava Qüvvələri Deyru-Zur şəhərinin cənub istiqamətində əl-Məqabir bölgəsi ətrafında İŞİD terrorçularına ağır zərbələr endirərək bir qrup terrorçunu məhv ediblər.
Suriya İnsan Haqları Gözətçisi də bu ölkə ordusunun Dəməşqin şimal-şərqində terrorçuların işğal etdiyi bölgələrə hücumlarına toxunaraq bu hücumlarda azı 9 terrorçunun öldürüldüyünü bildirib.
İnsan Haqları Gözətçisi həmçinin Dəməşqin şimal-şərqində əl-Qabun və Bərzə məhəllələrində bir neçə güclü partlayışın baş verdiyini bildirib.
Bu arada Suriya ordusu və müttəfiqləri Hələbin şərq ətrafında Rəsm əl-Kəma, Rəsm əl-Kəbir, Şəviləx və Təl Həmimə kəndlərini azad ediblər.
Bu məlumata görə, ordunun mühəndislik bölməsi azad olunmuş kəndləri partlayıcı qurğulardan təmizləməyə başlayıblar.
Suriyada böhran 2011-ci ildə bu ölkə prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqləri, o cümlədən Türkiyənin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanmışdır.