Ərəbistanın hava hücumunda yəmənli rəsmi həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i260432-Ərəbistanın_hava_hücumunda_yəmənli_rəsmi_həlak_olub
Təiz vilayətində Məqbənə şəhərciyinin meri Səudiyyə Ərəbistanının bombardmançı təyyarələrinin hava hücumunda həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2017 07:20 Asia/Baku
  • Ərəbistanın hava hücumunda yəmənli rəsmi həlak olub
    Ərəbistanın hava hücumunda yəmənli rəsmi həlak olub

Təiz vilayətində Məqbənə şəhərciyinin meri Səudiyyə Ərəbistanının bombardmançı təyyarələrinin hava hücumunda həlak olub.

Əl-Məsirə televiziyasının məlumatına görə, bazar ertəsi günü Məqbənə şəhərciyinin meri və Milli Müqavimət Cəbhəsinin üzvü Şeyx Məhəmməd Hail Sənan Təiz vilayətinin əl-Məxa şəhərciyində qətlə yetirilib. 

Şeyx Sənan öz vəzifəsini yerinə yetirərkən səudiyyəli təcavüzkar qırıcı təyyarələr Təiz vilayətinin əl-Məxa şəhərciyinin şərqində yerləşən Cəbəl əl-Nar bölgəsində onun avtombilinə hücum ediblər. Şeyx Sənan Təiz vilayətinin Sahil şəhərciyində milli və ictimai nüfuzlu şəxsiyyətlərdən biri hesab olunurdu. O səudiyyəli təcavüzkar düşmənlə mübarizə üçün daxili cəbhəni birləşdirməkdə çox önəmli rola malik idi. 

Yəməndən əldə olunan digər bir məlumata görə, Yəmən ordusu və xalq qüvvələrinin ağır artilleriyası Ərəbistanın Əsir bölgəsində yerləşən Ələb keçidində səudiyyəli hərbçilərin toplaşdığı məkanı atəşə tutub. Nəticədə muzdlu qüvvələrə ağır xəsarət vurulub. 

Yəmən qüvvələri həmçinin bazar ertəsi günü sərhəd Cizan bölgəsində Kərəs Cubeh bazasında Ərəbistan ordusunun bir ədəd BTR-ni məhv etmişdilər. 

Ali-Xəudun ötən iki ildə hücumları nəticəsində 38 mindən çox yəmənli həlak olub və yaralanıb. Yəmənin infrastrukturları məhv olub və milyonlarla sivil, əsasən uşaq və qadınlar didərgin düşüb.