Pakistanda terrakt: 6 nəfər həlak oldu
Pakistanın Xeybər-Paxtunxah əyalətinin Çarsde şəhərində bir məhkəmə binasında törədilən terror aktı nəticəsində azı 6 sivil həlak olub.
Səhərin Urdu dilli Radio və Televiziyasının məlumatına görə, bu gün Çarsde şəhərində bir məhkəmə binasında terror aktı törədilib. Nəticədə azı altı nəfər həlak olub, 30 nəfər də yaralanıb.
Yaralananlardan 5 nəfəri polis əməkdaşıdır və bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Bu terror aktını törədənlər öz üzərilərindəki partlayıcı qurğunu işə salıblar.
Pakistan Taliban Əhrarul-Camaat qrupunun sözçüsü Çarsdedə məhkəmə binasındakı terror aktının məsuliyyətini üzərinə götürüb.
Ötən həftə də Pakistanın müxtəlif bölgələri, o cümlədən Lahur şəhəri, Sind əyalətində məşhur bir ziyarətgah terror aktlarının şahidi olub. Nəticədə 100-dən çox vətəndaş həlak olub və yüzlərlə nəfər yaralanıb.