Fev 25, 2017 18:08 Asia/Baku
  • Suriya dövləti və müxaliflər Cenevrədə birbaşa müzakirə ilə razılaşıblar

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Misturanın ofisi bildirib ki, Suriya dövləti və müxaliflər Cenevrədə birbaşa müzakirə aparacaqlar.

Əlaləm-in məlumatına görə, De Misturanın ofisinin müdiri Maykl Kantet dünən gecə deyib ki, Cenevrə müzakirələrində iştirak edən bütün qruplar bir masa arxasında birbaşa müzakirələrə hazır olduqlarını bildiriblər.

Cenevrədə Suriya sülh müzakirələrinin dördüncü dövrü cümə axşamı günündən başlanıb və tərəflərin nümayəndə heyətləri öz baxışları barədə De Mistura ilə ayrı-ayrılıqda iclaslar keçiriblər.

De Mistura bu müzakirələrin başlanmasından bəri tərəfləri birbaşa müzakirələrə və əsas ixtilaflı məsələləri qaldırmağa qane etməyə səy göstəribdir.

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi 2016-cı ilin fevral, mart və aprel aylarında Cenevrədə keçirilmiş öncəki üç müzakirədə bütün suriyalı müxalif silahlı qrupların nümayəndələrini müzakirə masası ətrafına toplaya bilməmişdi.

Cenevrə-4 müzakirələrində Suriya dövlətinin heyətinə Bəşşar Əlcəfəri, müxaliflərin heyətinə isə Nəsr Əlhəriri başçılıq edirlər.

Suriyada böhran Ərəbistan, ABŞ və onun Türkiyə kimi müttəfiqlərinin dəstəklədikləri terror qruplarının Suriyanın prezidenti Bəşşar Əsədin qanuni dövlətini devirmək üçün bu ölkəyə qarşı geniş hücumu ilə başlanıbdır.

Teqlər