Fev 25, 2017 18:08 Asia/Baku
  • Əlibadinin xüsusi göstərişləri

İraqın baş naziri Mosulun azad edilməsi əməliyyatında iştirak edən silahlı qüvvələrə mülkilərin həyatlarının qorunması barədə xüsusi göstərişlər verib.

IRIB-nin məlumatına görə, İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Heydər Əlibadi Mosulun qərb sahilinin azad edilməsi əməliyyatında iştirak edən müştərək qüvvələrə verdiyi yeni göstərişlərində döyüş məntəqələrində insani məsələlərə və İraq vətəndaşlarının həyatlarının qorunmasına təkid edibdir.

Əlibadi qeyrətli iraqlı hərbçilərin İŞİD ilə mübarizədəki fədakarlıq və qəhrəmanlıqlarını yüksək dəyərləndirərək, deyib: Onların dövlət və özəl müəssisələrin, eləcə də xalqın ümumi əmlakının mühafizəsi üzrə səyləri təqdirəlayiqdir.

İraqın baş naziri həmçinin Mosul şəhərinin daxilində düşmənin hərəkətləri sahəsində kəşfiyyat xidmətlərindən əldə olunmuş məlumatlardan daha çox istifadə, eləcə də hava və quru döyüşləri sahələrində hərbi müəssisələr arasında dəqiq ahəngdarlığın vacibliyini vurğulayıb.

İraqın silahlı qüvvələrinin baş komandanı deyib: Terrorçuların mövqelərinə qarşı misli görünməmiş əməliyyatdan istifadə. partlayıcı maddələr istehsal edən emalatxanaların hədəfə alınması, həmçinin onların avtomobillərdə yerləşdirilməsi və onların yardım və himayə yollarının kəsilməsini istəyib.

Mosulun qərb sahilinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı ötən bazar günü İraqın baş naziri Heydər Əlibadinin əmri ilə başlandı.

Teqlər