Fev 26, 2017 12:10 Asia/Baku
  • Bəhreynin din xadimləri Şeyx İsa Qasimi himayə ediblər
    Bəhreynin din xadimləri Şeyx İsa Qasimi himayə ediblər

Bəhreynin din xadimləri bir bəyanat yayaraq, bu ölkənin görkəmli şiə ruhanisi Şeyx İsa Qasimin müdafiəsinin vacibliyini vurğulayıblar.

Press TV-nin məlumatına görə, Bəhreynin din xadimləri bu bəyanatda Şeyx İsa Qasimin mühakiməsində hər cür ağılsız hərəkətə yol verməsi barədə Ali-Xəlifə rejiminə xəbərdarlıq ediblər və bu rejimdən istəyiblər ki, dinə hörmətsizliyi dayandırsın, ağıla və məntiqə qayıdaraq, xalqın tələblərinə diqqət yetirsin.

Bəyanatda deyilir: Xalq əzmkarlıqla sübut edibdir ki, özünün rəhbəri, milli və dini simvolunun müdafiəsi yolunda hər cür canfəşanlığa hazırdır.

Bu bəyanat elə bir halda yayılıbdır ki, Bəhreyn ali məhkəməsi Şeyx İsa Qasimin bir neçə dəfə təxirə düşmüş mühakiməsinin fevralın 27-də keçiriləcəyini bildirib.

Bəhreyn daxili işlər nazirliyi öz ruhani mövqeyindən xarici maraqlara xidmət, həmçinin firqəvi ixtilaflar və zorakılığın genişləndirilməsi yolunda istifadə etdiyinə görə, Şeyx İsa Qasimi ötən il iyunun 20-də vətəndaşlıqdan məhrum etdiyini iddia edir.

Teqlər