Fev 28, 2017 19:02 Asia/Baku
  • Suriya ordusu irəliləyir
    Suriya ordusu irəliləyir

Suriya ordusu Dəməşqin şərqində Əl-Qabun bölgəsiniin girişində terrorçulara məxsus tunelləri məhv edib, Tədmər şəhərinin qərb ətrafında da İŞİD terrorçularına ağır zərbələr endirib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Suriya ordusunun dağıtdığı tunellər vasitəsi ilə terrorçular Ərəbeyn bölgəsindən Əl-Qabun bölgəsinə nüfuz etməyə cəhd göstərirmişlər. 

Bu əməliyyatda bir neçə İŞİD terrorçusu məhv edilib və yaralanıb. 

Suriyadan əldə olunan başqa məlumata görə, Suriya ordsunun və müttəfiqlərinin Hüms vilayətinin Tədmər şəhərinin qərbində bir  neçə istiqamətdə irəliləyişi nəticəsində İŞİD terrorçuları ağır zərbələrə məruz qalıblar. Suriyalı qüvvələr bu bölgədə bir neçə nöqtəni nəzarətə aldıqdan sonra strateji Tədbər üç bucağına doğru hücuma keçməyi planlaşdırırlar. 

İŞİD terrorçuları "Suriya Demokratik Qüvvələri" adlı qrupun  Deyrəzzurun qərb ətrafında Əl-Kibr və Əl-Hərmuşə bölgələrinə doğru irəliləyişləri ilə eyni zamanda bu bölgələrin su anbarlarını dağıdıblar. 

Deyrəzzurun ətrafındakı Mehr və Cəzl neft və qaz yataqları da azad edilməkdədir.  

Teqlər