Mart 01, 2017 12:33 Asia/Baku
  • Təkfirçi terrorçular Suriyanın 4 vilayətində ağır tələfat veriblər
    Təkfirçi terrorçular Suriyanın 4 vilayətində ağır tələfat veriblər

Suriya ordusunun quru qoşunları və hava qüvvələrinin Homs, Deyrəzzur, İdlib və Həma vilayətlərində həyata keçirdiyi əməliyyatlarda onlarla terrorçu öldürülüb. Bu hücumlarda terrorçulara məxsus çoxlu sayda texnika və hərbi sursat da məhv edilib.

Suriya dövlət telekanalının verdiyi məlumata görə, Suriya ordusu Homs vilayətinin şərq hissəsini terrorçulardan təmizləmək məqsədi ilə başlatdığı əməliyyatı davam etdirib. Suriya ordusunun hava qüvvələri də Homs vilayətində yerləşən Palmira şəhərinin ətrafında və Ət-Tar dağında İŞİD terrorçularının mövqelərinə ağır zərbələr endirib. Bu hücumlar zamanı bir qrup terrorçu öldürülüb. Həmçinin, şəhərin girəcəyində bomba quraşdırılmış bir avtomobil məhv edilib. 

Suriya ordusunun Əl-Cərah dağının şərq hissəsində İŞİD terrorçularının mövqelərinə artilleriya zərbəsi endirməsi nəticəsində də 6 terrorçu o cümlədən İŞİD-in komandanlarından olan Şahir Əl-Həsən öldürülüb. 

Teqlər