Mart 01, 2017 13:30 Asia/Baku
  • İbrahim Cəfəri
    İbrahim Cəfəri

İraqın xarici işlər naziri bəzi beynəlxalq tərəflərin İraqda terrorizmi himayə etdiklərini bildirib.

Əl-İraqiyə informasiya kanalının verdiyi məlumata görə, İbrahim Cəfəri Cenevrədə İnsan Haqları Şurasının iclasında etdiyi çıxışı zamanı bəzi beynəlxalq tərəflərin yalan və əsassız ittihamlar irəli sürməklə, İraqda könüllü xalq qüvvələrinin simasını ləkələmək istəyən qərəzli medialardan sui-istifadə etdiklərini bildirib. 

İ.Cəfəri əlavə edib: Bəzi beynəlxalq tərəflər terrorizmi himayə məqsədi ilə bəzi qərəzli medialardan sui-istifadə etməyə çalışırlar. Bu medialar İraqda terrorizm ilə mübarizəni müxtəlif bəhanələrlə yetərsiz qələmə verməyə çalışırlar. Onlar, həqiqətləri təhrif etmək və könüllü xalq qüvvələrini heç bir səbəb olmadan insan haqlarını pozmaqda günahlandırmaqla öz məqsədlərinə çatmaq istəyirlər. Bütün bu səylər əslində terrorçuların maraqlarına xidmət edir. Terrorçular bu medialar tərəfindən yayılan yalan və əsassız xəbərlərdən faydalanaraq, xalqı dövlət və ali baş komandanın nəzarəti altında olan silahlı qüvvələrə qarşı səfərbər etmək üçün ictimai baza yaratmağa çalışırlar. Halbuki, hamı xalq qüvvələrinin terrorizm ilə mübarizədəki fədakarlıqlarının və igidliklərinin şahidi olub. Hətta, BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi Yan Kubiş və beynəlxalq təşkilatların nümayəndələri və müşahidəçiləri də bu faktı təsdiq edirlər. 

Teqlər