Liviyanın şərqində 42 cəsəd aşkarlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261422-liviyanın_şərqində_42_cəsəd_aşkarlanıb
Liviyanın Qırmızı Xaç Komitəsi ölkənin şərqində Benqazi şəhərində kütləvi qəbiristanlıqda 42 cəsəd aşkar edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2017 08:39 Asia/Baku
  • Liviyanın şərqində 42 cəsəd aşkarlanıb

Liviyanın Qırmızı Xaç Komitəsi ölkənin şərqində Benqazi şəhərində kütləvi qəbiristanlıqda 42 cəsəd aşkar edib.

Əşşərqül-övsət xəbər agentliyinin verdiyi məlumata görə, Liviyanın Qırmızı Xaç Komitəsinin sədri Qeys Əl-Faxiri bu gün deyib: Hələ cəsədlərin kimliyi dəqiqləşdirilməyib və QXK qəbiristanlıqdan cəsədləri çıxarmaqla məşğuldur. 

Deyilənlərə görə, kütləvi qəbiristanlıqlar terrorçu qruplar tərəfindən saxlanılmış məhbuslara aiddir. 

Liviya Müəmmər Qəzzafi rejiminin devrilməsindən sonra siyasi böhran və de-stabilliklə üz-üzədir. Terrorçu qruplar o cümlədən İŞİD yaranmış fürsətdən özlərinin nəhs planları üçün faydalanmaqdadırlar.