İraqın baş naziri Mosula daxil olub
İraqın baş naziri Mosulun Əl-İymən hissəsinin azad edilməsi əməliyyatın ilə yaxından tanış olmaq üçün bu şəhərə daxil olub.
İRİB-in verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi Mosula daxil olduqdan sonra, komandanlar qarşısında Mosul əməliyyatında mülkinin canının qorunmasının vacibliyini vurğulayıb və deyib: Mosulun dövlət binası və valilik binasının İŞİD terrorçularının işğalından azad edilməsi bu əməliyyatda böyük uğurdur.
İraqın hərbi qüvvələri bu gün səhərçağı Mosulun valilik və dövlət binalarını eləcə də, Əddəvasə , Əddəndan və Nəbiyyəşşit bölgələrini, Mərkəzi bankın binasını, Mosul muzeyini və bu şəhərin Neynəva əməliyyatı qərargahını tamamiylə İŞİD terrorçularından təmizləyiblər.
İraqın xalq səfərbər qüvvələri də, Mosulun cənub qərbində Əl-Hizr səhrasına hücum edərək, 10 İŞİD terrorçusunu və 3 bombalı avtomobili məhv ediblər.