Ali-Xəlifə həbsxanalarında onlarla uşaq saxlanılmaqdadır
-
Ali-Xəlifə həbsxanalarında onlarla uşaq saxlanılmaqdadır
Bəhreynin insan haqları mərkəzi bildirib ki, Ali-Xəlifə rejimi 2016-cı ildə 200-dən çox uşağı həbs edib.
Əl-lolo telekanalının verdiyi məlumata görə, Bəhreyn insan haqları mərkəzinin rəsmilərindən olan Hüseyn Nuh deyib: Ali-Xəlifə başçıları son illər ərzində uşaqları həbs etmək və onlara qarşı ədalətsiz məhkəmə işi təşkil etməklə uşarların hüquqlarını kobud şəkildə pozub.
Hüseyn Nuh deyib: Ali-Xəlifə rejimi ötən il 218 uşağı həbs etdi və 2011-ci ildən indiyədək 49 bəhreynli uşaq gözyaşardıcı qaz və avtomat silahdan atılan atəş eləcə də maşınla basmaq nəticəsində həyatını itirib.
Bəhreynin insan haqları mərkəzinini bildirdiyinə görə, 2011-2016-cı illərdə 986 bəhreynli uşaq Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələr tərəfindən qeyri-qanuni olaraq həbs edilib.
Sözü gedən mərkəz siyasi və irqi mülahizələrlə 15 uşağın,o sıradan Əlvifaq islam cəmiyyətinin baş katibi şeyx Əli Salmanın qızının vətəndaşlığının ləğv edilməsini də bildirib.