Bəhreyn xalqı Əd-Diraz məntəqəsindəki aksiyasını davam etdirir
-
Bəhreyn xalqı Əd-Diraz məntəqəsindəki aksiyasını davam etdirir
Bəhreyn xalqı artıq 261-ci gündür ki, bu ölkənin ali dini lideri Şeyx İsa Qasımın mənzili ətrafında keşik çəkməkdə davam edir.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Bəhreyn xalqı və inqilabçılar ölkənin ali dini lideri Şeyx İsa Qasıma dəstək aksiyasını davam etdirir və çərşənbə axşamı da 261-ci gecə olaraq, paytaxt Manamanın Əd-Diraz məntəqəsində, Şeyx İsa Qasımın mənzili önündə keşik çəkib.
Bu məlumata görə, aksiya iştirakçıları axşam və xiftən namazlarını Şeyx İsa Qasımın mənzili önündə qılıblar.
Aksiya iştirakçıları həmçinin, şüarlar verərək, Şeyx İsa Qasıma qarşı əsassız ittihamların ləğv edilmədiyi zamana kimi keşik çəkməkdə davam edəcəklərini bildiriblər.
Bəhreyn 2011-ci ildən hakim rejim əleyhinə xalq etirazlarının şahididir.
Ali-Xəlifə rejimi isə Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin yardımı ilə Bəhreyn xalqını amansız şəkildə repressiya edərək, xalqın haqlı tələblərinə boyun əymək istəmir. Bəhreyn xalqı ölkədə demokratik quruluşun formalaşmasını, ictimai ədalətin təmin edilməsini və haqsızlıqlara son qoyulmasını istəyir.