Sruiya Humsda yekun atəşkəs razılaşması uğrunda səylərini davam etdirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261986-sruiya_humsda_yekun_atəşkəs_razılaşması_uğrunda_səylərini_davam_etdirir
Suriyanın qərbində yerləşən Hums şəhərinin icra başçısı deyib: Rəsmi dəməşq ilə müxaliflər arasında danışıqlarda məqsəd atəşkəs razılaşmasının əldə olunması və yaraqlıların Humsdan çıxmalarıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2017 09:01 Asia/Baku
  • Sruiya Humsda yekun atəşkəs razılaşması uğrunda səylərini davam etdirir
    Sruiya Humsda yekun atəşkəs razılaşması uğrunda səylərini davam etdirir

Suriyanın qərbində yerləşən Hums şəhərinin icra başçısı deyib: Rəsmi dəməşq ilə müxaliflər arasında danışıqlarda məqsəd atəşkəs razılaşmasının əldə olunması və yaraqlıların Humsdan çıxmalarıdır.

İRİB-in verdiyi məlumata görə, Hums şəhərinin icra başçısı Təllal Əl-Bəzazi son bir ay ərzində Hums şəhərində atəşkəs uğrunda səylərin davam etdiyini bildirərək deyib: Rəsmi Dəməşq bu barədə rusiyadan gözləyir ki, atəşkəsə qaranti versin. 

Əl-Bəzazi Həmimim barışıq mərkəzinin sədri, Suriya dövlətinin nümayəndələri, Humsun Əl-Vər bölgəsində fəaliyyət göstərən silahlı qrupların nümayəndələri və yerli ağsaqqallardan birinin müzakirələrdə iştirakına toxunaraq deyib: Hələ atəşkəs razılaşması yekunlaşmayıb. 

Fevralın 25-də Hums şəhərində təhlükəsizlik qüvvələrinin mərkəzlərinə qarşı terrorçu hücumlar nəticəsində 42 nəfər həlak oldu onlarla adam yaralandı.