Xəfsə şəhəri Suriya ordusunun nəzarəti altında
Suriya ordusu Xəfsə şəhərinə nəzarəti təmin edərək, Hələbin içməli su ilə təmin edilməsinə nail olub.
Suriya ordusu strateji əhəmiyyətə malik olan Əl-Xəfsə şəhərini İŞİD-in işğalından azad edərək, Hələb şəhərinin içməli su mənbəyinə nəzarəti təmin etməyi bacarıb. Hələbin şərqində yerləşən Əl-Xəfsə şəhərinin terrorçuların əlinə keçməsi ilə şəhərin içməli su ilə təmin edilməsində ciddi problemlər yaranmışdı. İndiyə kimi Suriya ordusu Hələbin şərqində 150 kənd və qəsəbini terrorçuların işğalından azad edib.
Suriya qüvvələri artıq Xəfsəyə çatıblar. 55 gün davam edən döyüşlərin sonunda, strateji əhəmiyyətli Xəfsə şəhərini azad etmək mümkün oldu.
Suriya ordusunun mübariz qüvvələrindən biri Xəfsə şəhərinin azad edilməsi barədə deyir: Xəfsə şəhəri azad edildi və bu gün Suriya ordusunun qələbə çaldığı gündür. İŞİD-in bayrağını birdəfəlik olaraq Suriyadan silib atacağıq.
Hələbin azad edilməsindən sonra Suriyalı qüvvələr əsas diqqətlərini şəhərin şərqinə doğru yönəldiblər və indiyə kimi 150 kənd və qəsəbəni azad ediblər.
Suriya ordusunda olan bir hərbi mənbə deyir: Bu gün İŞİD üzərində yeni qələbələr əldə edərək, torpaqlarımızın bir hissəsini də azad etmişik. Və tezliklə bütün Suriyanı azad edəcəyik.
5000-dən çox mina və 140-dan çox kamikadze hücumu da müqavimət qüvvələrinin önünü kəsməyə yetmədi və İŞİD-in işğalı altında olan ərazilərdən 1250 kvadrat kilometri azad edildi.
Son qələbələrin ardınca yüksək əhval ruhiyyə əldə edən suriyalı mübarizlərdən biri deyir:
Suriyanı dağıtmağa çalışan hər kəs bilsin ki, bizim ayaqlarımız altında əzilmiş olacaq və onları gözləyən tale budur.
Artıq suriyalı mübarizlər Fəratın sahilinidə yürüyərək, onun suyundan içib, sirab olurlar.