Yəmən sahillərində Ərəbistanın hərbi qayığı partladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i262162-yəmən_sahillərində_Ərəbistanın_hərbi_qayığı_partladı
Yəmənin Təiz vilayətinin əl-Məxa qəsəbəsinin qərb sahilində Ərəbistana məxsus bir hərbi qayıq minaya toxunduqdan sonra partlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2017 06:37 Asia/Baku
  • Yəmən sahillərində Ərəbistanın hərbi qayığı partladı

Yəmənin Təiz vilayətinin əl-Məxa qəsəbəsinin qərb sahilində Ərəbistana məxsus bir hərbi qayıq minaya toxunduqdan sonra partlayıb.

Yəmənin hərbi dairələrinin məlumatına görə, hərbi qayığın sərnişinləri ölüb və yaralanıblar. 

Hərbi qayığın partlaması ardınca, Səudiyyə Ərəbistanı qırıcıları Təiz vilayətində uçuşlar keçirməyə başlayıblar.

Səudiyyə Ərəbistanı ABŞ və ərəb və qərb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib. Ərəbistanın Yəməni quru, hava və dənizdən mühasirəyə alaraq hücumlara məruz qoymaqda məqsədi istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır. 

Bu hərbi təcavüzün indiyə qədər 11 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturunun məhv olmasından başqa bir nəticəsi olmayıb. 

Ərəbistanın yoxsul Yəmənə hərbi təcavüzü həmçinin bu ölkəni ərzaq və tibbi vasitələrin çatışmazlığı ilə üzləşdirib və çoxlu xəstəliklərin yayılmasına səbəb olub.