İraq parlamenti bu ölkənin gələcəyi haqda İraqdan kənar iclaslara reaksiya verib
-
İraq parlamentinin sədri
İraq parlamentinin sədri bildirib: İraq istənilən kənar və daxili başçılıq və bu ölkənin parçalanması ilə əlaqədar hər bir xarici görüş və toplantını rədd edir.
İRNA-nın məlumatına görə, İraq parlamentinin sədri cümə günü bəzi region dövlətləri və ABŞ-ın dəstəyi ilə İraqın gələcəyi haqda ölkədən kənar toplantılara reaksiya verib: İraq hökuməti bu ölkə haqda istənilən xarici müdaxilələr qarşısında dayanmışdır.
Xarici iradəyə istənilən asılılığı rədd edən əl-Cəburinin sözlərinə görə, İraqın iradəsinə istənilən xarici hakimlik milli mənafeyə ziddir və hətta İraqda partiyaalr və tayfalara hər bir siyasi qrupun və partiyanın hakimliyi də rədd olunur.
Cenevrə və İstanbul toplantılarında İraqın bəzi sünni qrupları və terrorizmdə suçlanan şəxslər region dövlətləri və ABŞ-ın dəstəyi ilə İraqın parçalanması haqda görüşlər keçiriblər və İraq hökuməti də belə hərəkətlərə reaksiya verib.
İraq düşmənləri bu ölkədəki siyasi böhrandan sui-istifadə edərək və müxalifləri dəstəkləyərək İraqdakı məqsədlərini gerçəkləşdirməyə çalışırlar.