Dəməşqdə terror aktı; 160 iraqlı zəvvar şəhid olub və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i262246-dəməşqdə_terror_aktı_160_iraqlı_zəvvar_şəhid_olub_və_yaralanıb
İraqın XİN-i bildirib ki. bu gün Dəməşqdə bir terror aktı nəticəsinə şəhid olanların böyük əksəriyyəti Həzrəti Zeynəbin(s) məzarını ziyarət etmək üçün suriyaya gedən iraqlı zəvvarlar olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2017 16:15 Asia/Baku
  • Dəməşqdə terror aktı; 160 iraqlı zəvvar şəhid olub və yaralanıb

İraqın XİN-i bildirib ki. bu gün Dəməşqdə bir terror aktı nəticəsinə şəhid olanların böyük əksəriyyəti Həzrəti Zeynəbin(s) məzarını ziyarət etmək üçün suriyaya gedən iraqlı zəvvarlar olub.

İRNA-nın verdiyi məlumata görə, İraqın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq bildirib ki, ilkin statistikalara görə bu gün Dəməşqdə törədilən partlayışda 40 İraq vətəndaşı şəhid olub, 120 nəfər də yaralanıb. 

Bəyanatda deyilir: İraq XİN-i Suriya dövlətinin əməkdaşlığı ilə qürbanların kimliyinin müəyyənləşdirilməsi üçün müştərək komitə təşkil edib.

İraqın XİN-i beynəlxalq ictimaiyyətdən Dəməşq partlayışını pisləməsini istəyib.

Dəməşqin Babül-Suğar məhəlləsində iki ədəd avtobusa qoyulan bombaların partladılması nəticəsinə iraqlı zəvvarlardan ibarət sərnişinlərin hamısı ölüb yaxud yaralanıb.