Mart 12, 2017 19:27 Asia/Baku
  • İnsan Haqları Nəzarətçisi bəhreynlilərin vətəndaşlığının ləğv edilməsindən nigaranlıq edib
    İnsan Haqları Nəzarətçisi bəhreynlilərin vətəndaşlığının ləğv edilməsindən nigaranlıq edib

İnsan Haqları Nəzarətçisi təşkilatı Bəhreyndə insanların vətəndaşlıq hüququndan məhrum edilməsi və dini-ictimai fəalların həbsinin davamından nigaranlıq edib.

Bəhreynin Əl-Lolo informasiya portalının verdiyi məlumata görə, İnsan Haqları Nəzarətçisi təşkilatının BMT İnsan Haqları Şurasındakı nümayəndəsi Leyla Mətər deyib: İnsan Haqları Nəzarətçisi təşkilatı Bəhreyn Şura Məclisi tərəfindən qəbul edilmiş yeni konstitusiyada sivil əhalinin hərbi məhkəmədə mühakimə edilməsinə icazənin verilməsindən nigaranlıq edib.

Leyla Mətər həmçinin, Bəhreyndə siyasi və ictimai fəallar üçün məhdudiyyətlərin yaradılması və İnsan Haqları Şurası üzvləri tərəfindən bu kimi hallar barədə heç bir tədbirin görülməməsini təəssüfləndirici hal adlandırıb və deyib: Bu xüsusda heç bir bəyanatın qəbul edilməməsi Bəhreyn dövlətinə müxaliflərə və insan haqları müdafiəçilərinə qarşı zorakılıqlarını davam etdirə biləcəyi mesajını vermiş olur.

Ötən il 133 bəhreynli hakim rejimi tənqid etdiyi üçün vətəndaşlıqdan məhrum edilib.

Teqlər