Astana iclasının dördüncü raundu başlanıb
-
Astana iclasının dördüncü raundu başlanıb
Astana müzakirələrinin dördüncü raundu bu gün səhər müxaliflərin iştirakı olmadan Suriya böhranının həlli barədə məşvərət iclasları ilə başlanıb.
IRNA-nın məlumatına görə, öncəki Astana iclaslarında və müzakirələrdə iştirak etmiş silahlı müxaliflərin nümayəndə qrupu bildirib ki, bu iclasda iştirak etməyəcək.
Suriya dövlətilə müxalif silahlı qruplar atəşkəsin Suriyanın ordu qüvvələri tərəfindən ardıcıl olaraq pozulması iddiasını bəhanə gətirərək, bu iclasda iştirakdan çəkiniblər.
Suriya dövləti silahlı müxaliflərin bu iddiasına cavab olaraq, bildirib ki, Dəməşq sülh müzakirələri prosesini yalnız bu müzakirələrdə iştiraka maraq göstərən qruplarla davam etdirməyə hazırdır.
Qazaxıstanın Xarici İşlər Nazirliyi də bu gün bir bəyanatda müzakirələrin dördüncü raundunu keçirmək üçün Rusiya, İran və Türkiyə nümayəndə heyətlərinin Astanaya daxil olmalarından xəbər verib və bildirib ki, Suriyanın cənubundakı müxaliflərin heyəti də müzakirələrdə iştirak üçün bu gün Qazaxıstan paytaxtına daxil olacaq.