Mart 14, 2017 19:48 Asia/Baku
  • Cəfəri Türkiyə qüvvələrinin İraqdan geri çəkilmələrini vurğulayıb
    Cəfəri Türkiyə qüvvələrinin İraqdan geri çəkilmələrini vurğulayıb

İraqın xarici işlər naziri Türkiyənin Bağdaddakı səfirilə görüşdə bir daha Ankara hərbçilərinin İraq ərazisindən çıxmalarını vurğulayıb və ölkəsinin hava məkanının Türkiyə qırıcıları tərəfindən pozulmamasını istəyib.

IRNA-nın məlumatına görə, İraqın Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda bildirib ki, İbrahim Əlcəfəri Bağdadda Türkiyə səfiri Fateh Yıldızla görüşdə onunla ikitərəfli münasibətlərin yüksəldilməsi, İraqın terrorizmlə savaşda səy göstərməsi, həmçinin Türkiyənin İraqa təcavüzünə son qoyulması barədə danışıb. Bu bəyanata əsasən, İbrahim Əlcəfəri bir daha Türkiyə qüvvələrinin İraq ərazisindən geri çəkilmələri, Türkiyə qırıcıları tərəfindən İraqın hava məkanının pozulmaması vacibliyini vurğulayıb və belə deyib: Bağdad Türkiyə ilə əlaqələrin qurulmasını istəyir və iki xalqın maraqları, etimadı, qardaşlığı əsasında ortaq hədəflərin reallaşması istiqamətində bu əlaqələr və həmkarlıqların genişlənməsini gözləyir. 

Türkiyə səfiri də bu görüşdə bu ölkə dövlətinin İraqla əlaqələrin yaxşılaşdırılması üçün səy göstərdiyini vurğulayıb.

Türkiyə dövləti öz ordu bölmələrini İraqın şimalındakı çoxlu sayda düşərgədə yerləşdirib və Bağdadın il yarımlıq istəklərinə rəğmən, qüvvələrini Türkiyə ərazisinin içərisinə geri çəkməkdən boyun qaçırır.

Teqlər