İraq ordusu Mosulun qərbində bir neçə digər məntəqəni azad edib
İraqlı qüvvələr Mosulun qərbindəki Neynəva dəmiryolu stansiyası, sement zavodu və bir neçə digər məntəqəni azad ediblər.
Əlaləm-in məlumatına görə, İraqda polis komandanı Raid Cəudət bildirib ki, polis qüvvələri bu gün səhər tezdən Neynəva dəmiryolu stansiyasını azad etməyə müvəffəq olublar və bu şəhərin qərb hissəsindəki Babəltub məntəqəsində irəliləmə əməliyyatı davam etməkdədir.
İraqlı qüvvələr Mosulun Babəltub məntəqəsində sement zavodunu da azad ediblər.
İraqlı qüvvələr eyni zamanda Mosulun qərb hissəsindəki Əlcəfal kəndini, Yeni Mosulu və neft məntəqələrini də İŞİD-in nəzarətindən çıxarıblar.
İraqın xalq səfərbər qüvvələri də bu gün bu ölkə polisinin Mosulun qərbindəki Əkidat məntəqəsində İŞİD ünsürlərilə şiddətli döyüşləri barədə bir video yayıb.
Mosulun azad edilməsi əməliyyatının komandanı Əbdulamir Yarəllah bundan öncə bildirmişdi ki, İraqın federal polis qüvvələri Əkidat məntəqəsini azad edərək, İraq bayrağını onun binaları üzərində dalğalandırıblar.
İraqlı qüvvələr indiyədək Mosulun təqribən qırx faizini İŞİD-in caynağından çıxarıblar.