Suriya paytaxtında bu gün üçün ikinci partlayış
Mart 15, 2017 19:35 Asia/Baku
Suriyanın dövlət televiziyası Dəməşqin şimal ərazilərində ikinci partlayışın baş verməsindən xəbər verib.
Bu gün Dəməşqin şimal qərbində Rəbuh məntəqəsində bir restorarna terrorçu hücum nəticəsində bir neçə nəfər mülki həlak olub və yaralanıb.
Bu gün günorta da Dəməşqdə Ədliyyə binası qarşısında törədilən terror aktında ölənlərin sayı 31-ə çatıb. Bu hücum nəticəsində 60 nəfər də yaralanıb.