Sionist rejim BMT-nin bu rejimə qarşı hesabatına reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i262646-sionist_rejim_bmt_nin_bu_rejimə_qarşı_hesabatına_reaksiya_verib
Sionist rejimin Xarici İşlər Nazirliyi BMT-nin qurumlarından birinin bu rejimə qarşı hesabatına reaksiyada həmin hesabatın sadəcə onu yazanların baxışlarını əks etdirmiş olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2017 06:21 Asia/Baku
  • Sionist rejim BMT-nin bu rejimə qarşı hesabatına reaksiya verib
    Sionist rejim BMT-nin bu rejimə qarşı hesabatına reaksiya verib

Sionist rejimin Xarici İşlər Nazirliyi BMT-nin qurumlarından birinin bu rejimə qarşı hesabatına reaksiyada həmin hesabatın sadəcə onu yazanların baxışlarını əks etdirmiş olduğunu bildirib.

İRİB-in verdiyi məlumata görə,  İsrail XİN sözçüsü Emmanuel Mahshon deyib: Bu hesabat nasist Almaniya dövründə çıxan Der Stumer jurnalına bənzəyir. 

BMT-nin qərbi Asiya regionu üzrə iqtisadi-ictimayi komissiyası dünən bir hesabat yayaraq bildirib ki, İsrail aparteid rejimi yaradıb və fələstinliləri tam istilaya alıb. 

Bu ilk dəfədir ki, BMT-nin hansısa qurumu belə bir mövzunu açıq-aşkar dilə gətirir. 

BMT-nin baş katibinin müavini və sözü gedən komissiyanın sədri Rima Xelf deyib: Bu hesabat BMT-nin İsraili açıq-aşkar şəkildə aparteid rejimi yaradan və fələstinlilərin hüquqlarını pozan rejim kimi təqdim edən ilk hesabatdır.