Mart 16, 2017 11:15 Asia/Baku
  • Əl-İbadi Türkiyə hərbçilərinin bu ölkədən çıxmasını istəyib
    Əl-İbadi Türkiyə hərbçilərinin bu ölkədən çıxmasını istəyib

İraqın baş naziri bir daha Türkiyə hərbçilərinin İraq ərazilərini tərk etməli olduqlarını vurğulayıb.

Bərasa xəbər agentliyinin verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi Türkiyənin baş naziri Binalı Yıldırım ilə telefon söhbətlərində Neynəva və Mosulun yaxın zamanda tam azad ediləcəyini nəzərə alaraq Türkiyə hərbçilərinin İraq torpaqlarını tərk etmələrini istəyib. 

Bu telefon danışığında İraqın baş naziri qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, İŞİD əleyhinə müharibə, son qələbələr və regiondakı son durumu Türk həmkarı ilə müzakirə edərək deyib: İraqın ərazi bütövlüyü və suverinliyi ilə əlaqədə olan Türk əsgərlərinin bu ölkə torpaqlarını tərk etmələri zəruridir. 

Bu telefon danışığında İraq qüvvələrinin İŞİD-ə qarşı son qələbələrini və Neynəva və digər bölgələrin yaxın zmanlarda terrorçulardan azad ediləcəyi münasibəti ilə iraqlı həmkarını təbrik edərək, iraqlı didərginlərə xidmətlərin təqdim olunmasını vurğulayıb. 

Teqlər