Mart 16, 2017 19:43 Asia/Baku
  • Bəhreyndə repressiv siyasət davam edir
    Bəhreyndə repressiv siyasət davam edir

Bəhreyn rejiminin məhkəməsi bu ölkə inqilabçıları əleyhinə repressiv siyasətlərin davamında məşhur bəhreynli ruhani şeyx İsa Əl-Möminə qarşı 3 aylıq həbs hökmünü qüvvədə saxlayıb.

Livanın Əl-Əhd portalının verdiyi məlumata görə, Ali-Xəlifə rejimi bu bəhreynli ruhanini bu rejim rəsmilərinə qarşı çıxışlarına görə günahkar tanımışdı. Bəzi mediyalar bildiriblər ki, şeyx İsa Əl-Möminin səhəttində problem var və bu məşhur ruhani boyun nahiyyəsindən xəsarət alıb. Şeyx İsa Əl-Mömin Bəhreyn Alimlər Məclisinin üzvüdür. Ali-Xəlifə rejimi Səudiyyə və BƏƏ hərbçilərinin köməyi ilə bu ölkə xalqının dinc etirazlarına qarşı repressiya tətbiq edir. 

Bəhreyndəki mövcud durum göstərir ki, bu ölkənin krallıq rejiminin repressiv siyasətləri bəhreynli etirazçıları susdura bilməmişdir. 

Teqlər