Hələbçə, ABŞ-ın İraq xalqı qarşısında sədaqət sənədi!
-
Hələbçə, ABŞ-ın İraq xalqı qarşısında sədaqət sənədi!
İraq məclisinin üzvü dünya ictimaiyyətinin, xüsusən Qərbin ölkəsinin xalqına qarşı cinayətlər qarşısında susmasını tənqid edib.
IRNA-nın məlumatına görə, Səddamın Hələbçəyə qarşı kimyəvi hücumunun ildönümü günündə çıxış edən İraq parlamentinin neft və energetika komissiyasının üzvü Rəhab Ələbudə əlavə edib: Amerika dövləti və avropalı dövlətlər iraqlılar, xüsusən kürdlərin Hələbçə cinayətlərindən əzab çəkdikləri zaman bu cinayəti pisləməyə hazır olmadılar. Belə ki, bir çox İraq vətəndaşı bu qənaətdədir ki, Hələbçə amerikalıların İraq xalqı qarşısındakı sədaqəti üzrə ən yaxşı sənəddir.
Rəhab Ələbudə sonra deyib: Dünya ictimaiyyəti, xüsusən amerikalılar İraqın 2003-cü ildə işğal edilməsindən sonra da daim bu ölkə xalqının çətinliklərində susaraq, əllərini əllərinin üstünə qoydular ki, minlərlə nəfər qətli-am edilsin.
Bu iraqlı nümayəndə vurğulayıb: Terror qruplarının 2005-ci ildə İraqa girmələri ilə də iraqlılara daxili firqəvi savaş qəbul etdirildi ki, onun ardınca minlərlə nəfər Amerika hərbçilərinin gözləri önündə qətli-am edildi.
Ələbudə söyləyib: Amerikalılar həmçinin 2014-cü ilin iyununda İŞİD İraqın şimal, qərb və şərqindəki bir neçə vilayəti ələ keçirərkən heç bir reaksiya göstərmədilər, hansı ki, Bağdad ilə Vaşinqton arasında bir təhlükəsizlik razılaşması imzalanmışdı.
İraq məclisinin bu üzvü eyni zamanda vurğulayıb: İraqın ali mərcəiyyətinin fitvası və İran İslam Respublikasının təcili köməklərilə İraqın dövləti və xalqı İŞİD terrorçularının irəliləyişlərinin qarşısını ala bildilər.
1988-ci il martın 16-da İraqın bəəs rejimi Səddam başda olmaqla bu ölkənin Süleymaniyyə vilayətinin Hələbçə şəhərini kimyəvi bombardmana məruz qoydu. Bu hadisədə beş mindən çox iraqlı qətli-am edildi.