Ali-Xəlifə rejiminin repressiyaları səngimir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i262864-ali_xəlifə_rejiminin_repressiyaları_səngimir
Bəhreyndə Ali-Xəlifə rejiminin hərbçiləri bu rejimin məhbəsində şəhid olmuş şəhid Muhəmməd Səhvanın dəfn mərasiminə basqın edərək, bu ölkə vətəndaşları ilə toqquşublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2017 10:35 Asia/Baku
  • Ali-Xəlifə rejiminin repressiyaları səngimir
    Ali-Xəlifə rejiminin repressiyaları səngimir

Bəhreyndə Ali-Xəlifə rejiminin hərbçiləri bu rejimin məhbəsində şəhid olmuş şəhid Muhəmməd Səhvanın dəfn mərasiminə basqın edərək, bu ölkə vətəndaşları ilə toqquşublar.

Frans-Press-in məlumatına görə, Ali-Xəlifə rejiminin hərbçiləri dünən Bəhreynin paytaxtı Manama şəhərinin ətrafında keçirilən dəfn mərasimi iştirakçılarına tərəf gözyaşardıcı qaz buraxıb və atəş açıblar. Bu da bəhreynli gənclərlə qarşıdurma ilə nəticələnibdir.

Bu toqquşma və atışmanın törətdiyi ehtimal olunan tələfat barədə məlumat daxil olmayıb.

Dəfn mərasimində Ali-Xəlifə rejiminə qarşı şüarlar verərək, bu rejimin cinayətlərinin dayandırılmasını tələb edən bəhreynlilər Ali-Xəlifə rejimi hərbçilərinin zorakılığı ilə üzləşiblər.